Rusiya klubu "Çelsi"nin yetirməsini heyətinə qatdı

Rusiya klubu
Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa "Mets"indən Viktorien Anqbanla anlaşıb.

25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kot d İvuardan olan oyunçu İngiltərənin "Çelsi" klubunun yetirməsidir. "Soçi" Konfrans Liqasının I təsnifat mərhələsində "Keşlə" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

OXŞAR XƏBƏRLƏR