UEFA Bakıdakı 1/4 finalda bu reklamların istifadəsini qadağan etdi

UEFA Bakıdakı 1/4 finalda bu reklamların istifadəsini qadağan etdi
UEFA Sankt-Peterburq və Bakıda keçiriləcək AVRO 2020-nin 14 final matçlarında göy qurşağı rəngli reklamların istifadəsini qadağan edib.

Sfera.az xəbər verir ki, bu barədə Sports.ru məlumat yayıb.
 
Bildirilib ki, turnirin sponsoru "Volkswagen” öz reklamında göy qurşağı rənglərindən istifadə edir. Lakin Sankt-Peterburq və Bakıdakı matçlarda belə bannerlər görünməyəcək. Belçika və İtaliya oyununun baş tutacağı Münhendə, eləcə də Ukrayna ilə İngiltərə milli komandaları arasındakı matçın keçiriləcəyi Romada isə analoji pankartlardan istifadə ediləcək.

Artıq "Volkswagen” şirkəti məsələ ilə bağlı açıqlama yayıb:

"UEFA bizə məlumat verdi ki, Rusiya və Azərbaycan qanunlarına riayət olunmasına dair mövcud tələblər üzündən Sankt-Peterburq və Bakıdakı stadion reklamlarında göy qurşağı rənglərindən istifadə edə bilməyəcəyik. Bu qərara görə təəssüf edirik”, -deyə şirkətdən bildirilib.

Xatırladaq ki, keçən həftə UEFA Almaniya ilə Macarıstan matçı zamanı Münhendəki "Allianz Arena”da göy qurşağı rəngli işıqlandırılmanı da qadağan etmişdi.

OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...