Logo

"Yuventus" Ronaldonun taleyinə aydınlıq gətirdi

"Yuventus" Ronaldonun taleyinə aydınlıq gətirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İtaliyanın "Yuventus" klubunun idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı açıqlama verib.

Sfera.az-ın məlumatına görə, funksioner mətbuat konfransında 36 yaşlı hücumçunun Turin təmsilçisindən getməsi ilə bağlı hansısa siqnalın olmadığını bildirib.

Klub rəsmisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.

O, Ronaldonun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb.

Qeyd edək ki, Kriştianu Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadəkdir Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya transfer olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR