Logo

Avropa çempionatında qol rekordu

Avropa çempionatında qol rekordu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Avropa çempionatında qol sayında yeni rekord qeydə alınıb.

Sfera.az xəbər verir ki, Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin 1/8 final mərhələsində İspaniyanın qapısına endirdiyi dəqiq zərbə turnirdə 109-cu olub. Bu, 85-ci dəqiqədə Xorvatiya 1:3 hesabı ilə geridə ikən baş verib. Beləliklə, AVRO-2016-dakı 108 qolluq rekord yenilənib. Qarşılaşmanın əlavə vaxtında İspaniya 5:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, AVRO-2020-də indiyədək 118 qol qeydə alınıb. Çempionat 24 komandanın iştirakı ilə keçirilir. Final oyunu iyulun 11-də olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR