Logo

Şərif Şərifov Türkiyədə qalib oldu

Şərif Şərifov Türkiyədə qalib oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinin qalibi olub.

Sfera.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan 33 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan qoşulub. Olimpiya, dünya və Avropa çempionu ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçi yarımfinalda Givi Matçaraşvili ilə qarşılaşıb. Şərifov yanvarda Fransanın Nitsa şəhərindəki Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.

Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanı Yaşar Doğu turnirinin qızıl medalını qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR