Logo

CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxacaq

CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinə qarşı iddia ərizəsinə İdman Arbitraj Məhkəməsində (CAS) avqustun 31-dək baxılacaq.

Bu barədə Sfera.az-a İbrahimovun özü məlumat verib. Sabiq klub rəsmisi bildirib ki, bu yaxınlarda CAS ona müvafiq məktubu göndərib. Məktubda şikayətə baxılma gününün qarşıdakı iki aya təyin olunacağı göstərilib.

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR