İsveçrə - Türkiyə: Bakıdakı oyunun ən yaxşı futbolçusu açıqlandı
Kateqoriya məlum deyil
Bakı Olimpiya Stadionunda keçirimiş Avropa çempionatının A qrupunun İsveçrə - Türkiyə oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Sfera.az xəbər verir ki, bu, isveçrəlilərin yarımmüdafiəçisi Cerdan Şakiri olub. 30 yaşlı oyunçu dublla yadda qalıb.
Qeyd edək ki, qarşılaşma "ay-ulduzlular"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.






