AVRO-2020: İsveçrə - Türkiyə oyununda 2-ci qol - YENİLƏNİB - 2
Cerdan Şakiri 26-cı dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırıb.
***20:11
Türkiyə - İsveçrə oyununda hesab açılıb.
Sfera.az xəbər verir ki, oyunun 6-cı dəqiqəsində İsveçrə hesabı açıb. Fərqlənən Haris Seferoviç isveçrəliləri önə keçirib.
***20:02
AVRO-2020-də qrup mərhələsinin III turu start götürüb.
Sfera.az xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə ilə qarşılaşır. Sloveniyalı Slavko Vinçiçin start fiti ilə qarşılaşma başlayıb.
Qeyd edək ki, ilk iki turdan sonra xalı olmayan "ay-ulduzlular" sonuncu sırada qərarlaşıb. İsveçrə seçməsi isə 1 xalla üçüncüdür.
***19:53
Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunda III turun İsveçrə - Türkiyə oyununun açılış mərasimi keçirilib.
Sfera.az xəbər verir ki, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.
Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.






