Logo

Daha bir güləşçimiz Avropa üçüncüsü oldu

Daha bir güləşçimiz Avropa üçüncüsü oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın qadın güləşçisi Zenfira Haşımova Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Sfera.az-ın məlumatına görə, 46 kq-da mübarizə aparan idmançı gürcüstanlı Marina Satkoevi ilə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Haşımova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR