Türkiyə qrupdan necə çıxa bilər? – Mümkün variantlar

Türkiyə qrupdan necə çıxa bilər? – Mümkün variantlar
Türkiyə millisinin "Avro-2020”nin hər iki oyununda məğlbuyyəti komandanın qrupdan çıxmaq şansını çətinləşdirib. Daha doğrusu, türklər kiçik ehtimalla, yaxud möcüsə sayəsində 1/8 finala çıxa bilər.

Məlumdur ki, "ay-ulduzlular” Uelslə dünənki məğlubiyyətdən sonra ikinci yeri tutmaq imkanını əldə veriblər. İndi ümid yalnız ən yaxşı qrup üçüncüsü olmağa qalıb. Bəs, qrup üçüncüləri 1/8 finala necə yüksələ bilər?

 

"Avro-2020”nin əsasnaməsinə görə, 6 qrupun hər birində ilk 2 yeri tutan komandalar "pley-off”a birbaşa vəsiqə əldə edir. Digər 4 vəsiqəni isə ən yaxşı qrup üçüncüləri qazanır.

Bu zaman nələr nəzərə alınır?

- Toplanan xal

Bu zaman və sonra bərabərliklər olacağı hallarda isə ardıcıllıqla:

- Vurulan və buraxılan qollar arasındakı fərqə;
- Vurulan qol sayına;
- Qələbə sayına;
- "Fair play” xalına (sarı vərəqə  - 1 xal, qırmızı vərəqə - 3 xal, iki sarı vərəqəyə görə "qırmızı vərəqə” - 3 xal);
- Nəhayət, seçmə mərhələnin yekununa əsasən, reytinqdəki mövqeyə baxılır. 
 
Beləliklə, Türkiyə qrup üçüncüsü olmaq üçün son turda mütləq İsveçrəyə qalib gəlməlidir. Amma qələbə türklərə hələ növbəti mərhələyə getməyə təminat vermir. Çünki komanda 2 oyuna 5 qol buraxıb və 1 qol belə vura bilməyib. Hazırda Şenol Günəşin komandasının top fərqi mənfi 5-dir. Bu, hazırkı duruma görə Türkiyənin əleyhinə işləyən ən böyük amillərdən biridir.

Qeyd edək ki, hazırda 1 və 2 oyun keçirmiş digər 23 komandadan heç birində mənfi 5 nəticə yoxdur. Ona görə də bu fərq İsveçrə ilə oyunda mümkün çoxluqla aradan qaldırılmalıdır. Yəni 1-2 top fərqli qələbə hələ 1/8 finala çıxmaq demək deyil. Türklər və digər qruplarda üçüncü yeri tutan komandalar da 3 xal toplayarsa, qardaş ölkə komandasının mübarizəni dayandırması ehtimalı yüksəkdir.

İndiki halda isə ümid daha çox onadır ki, Türkiyə son turda qalib gəlməklə 3 xal qazanmalı, 6 qrupun yekun nəticəsində 3-cü yeri tutan komandalardan 2-si isə maksimum 2 xal toplamalıdır. Bu halda türklər 1/8 finala adlaya bilər.

Amma bir gerçəklik unudulmamalıdır ki, qrupda son turda Türkiyə ilə oyun İsveçrə üçün də əhəmiyyətlidir. Məğlubiyyət İsveçrəni "Avro-2020”dən kənarda qoyacaq. Qələbə qazanacağı halda isə bu komandanı xalı 4 olur və 1/8 finala getmək şansı yüksəlir. Qrupun digər görüşü İtaliya – Uels matçının nəticəsindən asılı olaraq İsveçrə "pley-off”a ya qrup ikincisi, ya da ən yaxşı qrup üçüncülərindən biri olaraq adlaya bilər. // Qol.az


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...