Qurban Qurbanov püşkü dəyərləndirdi

Qurban Qurbanov püşkü dəyərləndirdi
"UEFA Konfrans liqası yeni turnirdir. İlk dəfə təşkil olunan turnirə tam məsuliyyətlə yanaşmalıyıq”.

Sfera.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu raundda İsrail təmsilçisi "Aşdod”a rəqib olmalarını dəyərləndirib: "Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsadüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma "Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, "Qarabağ” ilk oyununu iyulun 22-də evdə, cavab görüşünü isə 29-da səfərdə keçirəcək.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...