Logo

"Neftçi" üçün məşhur rəqib

"Neftçi" üçün məşhur rəqib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Sfera.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu keçəcəyi təqdirdə növbəti raundda "Olimpiakos" (Yunanıstan) ilə üz-üzə gələcək. Flaqman ilk qarşılaşmasını səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 20-21-də, cavab görüşləri 27-28-də baş tutacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR