“Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin potensial rəqibləri

“Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin potensial rəqibləri
Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sfera.az xəbər verir ki, UEFA İsveçrənin Nyon şəhərində təşkil ediləcək və Bakı vaxtı ilə 15:30-da başlayacaq püşk öncəsi iştirakçı komandaları qruplara bölüb.

Təmsilçilərimiz "Qarabağ”, "Sumqayıt” və "Keşlə”nin də potensial rəqibləri müəyyənləşib. Püşkatma zamanı "Qarabağ" səpələnmişlər, digər iki komanda isə səpələnməmişlər səbətində yer alıb.

1-ci qrupda qərarlaşan Premyer Liqanın bürünc mükafatçısı "Sumqayıt” ilk görüşündə "Apollon” (Kipr), "Hapoel" (Beer-Şeva, İsrail), "Çukariçki” (Serbiya), "Styaua” (Rumıniya) və ya "Vorskla”ya (Ukrayna) rəqib olacaq.

2-ci qrupda yer alan Azərbaycan kubokunun sahibi "Keşlə”nin potensial rəqibləri AEL (Kipr), "Sivasspor” (Türkiyə), "Soçi” (Rusiya), "Astana” (Qazaxıstan) və "Makkabi”dir (Təl-Əviv, İsrail).

6-cı qrupda yer alan "Qarabağ” isə nisbətən zəif komandalardan birinə rəqib olacaq.  Ağdam təmsilçisi bu mərhələdə "Velej” (Bosniya və Herseqovina) – "Kolreyn” (Şimali İrlandiya), "Payde” (Estoniya) – "Şlyonsk” (Polşa), "Laçi” (Albaniya) – "Buduçnost” (Monteneqro) cütlərinin qalibi, "Aşdod” (İsrail) və ya "Lokomotiv”lə (Bolqarıstan) qarşılaşa bilər.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...