Logo

AVRO-2020: Portuqaliyadan qələbə, Ronaldu tarixə düşdü

AVRO-2020: Portuqaliyadan qələbə, Ronaldu tarixə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

Sfera.az-ın məlumatına görə, qrupun ilk matçında turnirin ev sahiblərindən Macarıstan millisi son çempion Portuqaliya ilə qarşılaşıb. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər üç qol 2-ci hissədə vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro, 3 dəqiqə sonra Kriştianu Ronaldu rəqib qapısına yol tapıb. Penaltidən fərqlənən hücumçu turnirin tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. Qarşılaşmada son nöqtəni də Ronaldu qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb.

Bundan başqa, start heyətində meydana çıxan 36 yaşlı forvard 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb.

Qeyd edək ki, F qrupunun digər oyununda Almaniya və Fransa yığmaları üz-üzə gələcəklər. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR