Şəhriyar Məmmədyarov yenə qalib gəldi

Şəhriyar Məmmədyarov yenə qalib gəldi
Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları "Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilir.

Sfera.az xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçımız Ş.Məmmədyarov daha bir qələbəyə imza atıb. Belə ki, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən təmsilçimiz liderliyini qoruyub. Teymur Rəcəbov isə ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçə edib.

Turun digər oyunlarında niderlandlı Aniş Giri fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Aleksandr Qrişuk (Rusiya) isə ermənistanlı Levon Aronyana uduzub. Rumıniya təmsilçisi Konstantin Lupuleskunun həmyerlisi Boqdan-Daniel Dyak ilə oyunu davam edir.

Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində birinci yerdədir. T.Rəcəbovun aktivində isə 3,5 xal var.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...