Logo

Tanınmış referini yenə köməkçisi pis vəziyyətdə qoydu - FOTO

Tanınmış referini yenə köməkçisi pis vəziyyətdə qoydu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə və İtaliya yığmaları arasında AVRO-2020-nin açılış matçının baş hakimi Denni Makkelinin idarəçiliyi böyük narazılığa səbəb olub.

Sfera.az xəbər verir ki, oyunun gedişində bəzi mübahisəli qərarlar verən niderlandlı referinin ən kobud səhvi 47-ci dəqiqəyə təsadüf edib.

Meydan sahiblərinin hücumçusu Lorentso İnsinye künc zərbəsi zamanı topu yanındakı komanda yoldaşı Domeniko Berardiyə ötürüb. Bu vaxt yan xətt hakimi Hessel Steqstra ofsayd qeydə alıb. Referi isə dərhal oyunu dayandırıb. Halbuki qaydalara əsasən, futbolçu topu künc nöqtəsindən qəbul edərkən oyundankənar vəziyyətdə olmur.

Tanınmış referini yenə köməkçisi pis vəziyyətdə qoydu - FOTO

Bu, cari ildə Makkelinin başına gələn ikinci kuryoz hadisədir. 38 yaşlı referi daha əvvəl keçmiş köməkçisi Mario Diksin kobud səhvi ucbatından Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun Serbiya yığması ilə DÇ-2022-nin seçmə mərhələ görüşündə (2:2) qaydalar çərçivəsində vurduğu qolu qeydə almayıb. Nəticədə Makkeli həmin laysmanı öz briqadasından kənarlaşdırıb.

Qeyd edək ki, Türkiyə - İtaliya matçı "ay-ulduzlular"ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. // "Report"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR