AVRO-2020-nin açılış mərasimi oldu

AVRO-2020-nin açılış mərasimi oldu
Futbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

Sfera.az-ın məlumatına görə, Romadakı "Olimpiko" stadionunda təşkil olunan tədbir İtaliya futbolunun canlı əfsanələri - Françesko Totti və Alessandro Nestanın qonaqları salamlaması ilə başlayıb. Onlar birlikdə hər kəsə "Xoş gəlmisiniz" deyib.

Daha sonra meydana üzərində 24 iştirakçı ölkənin bayrağı olan böyük toplar gətirilib və taliyanın tanınmış aria ifaçısı Andrea Boçelli "Nessun Dorma" mahnısını ifa edib. Ardınca isə böyük atəşfəşanlıq olub.

Sonda isə Martin Qarriks və Bononun ifasında Avropa çempionatının rəsmi himni olan "We are the people" mahnısı səsləndirilib.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Türkiyə və İtaliya yığmaları qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...