Dünya Güləş Birliyi Azərbaycanla bağlı kobud səhvə yol verdi

Dünya Güləş Birliyi Azərbaycanla bağlı kobud səhvə yol verdi
Dünya Güləş Birliyi (UWW) U-15 Avropa çempionatının yekun protokolunda Azərbaycan təmsilçiləri ilə bağlı kobud səhvə yol verib.

Bu barədə Sfera.az-a Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.

Bildirilib ki, rəsmi sənəddə yunan-Roma güləşçilərinin adları sərbəst güləş üzrə iştirakçıların da siyahısında göstərilib: "Halbuki AGF UWW-yə sərbəst güləş yarışları üçün iştirak ərizəsi göndərməyib. Ona görə də heç bir texniki məğlubiyyətdən söhbət gedə bilməz. Bu anlaşmazlıqla bağlı UWW-yə rəsmi şəkildə müraciət etmişik. Yəqin ki, bu yanlışlıq tezliklə aradan qaldırılacaq".

AGF onu da vurğulayıb ki, 14 - 20 iyunda Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatı yeniyetmə pəhləvanların 2020-ci ildən qatılacaqları ilk rəsmi yarış olacaq. Həmin qitə birinciliyində hər 3 güləş növü üzrə yığma komandalar çıxış edəcək.

Qeyd edək ki, U-15 Avropa çempionatında Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) gümüş medal qazanıb.


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...