Logo

Millimiz son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Millimiz son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyununu keçirib.

Sfera.az xəbər verir ki, yığma Belarus səfərində qalib gəlib. Hesabda geri düşən yığma Belarus yığmasını 2-1 məğlub etməyi bacarıb.

Hesabı meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan yığması nəzarət etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişinyovda Moldova ilə qarşılaşacaq.

 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR