Logo

Mariya Stadnik Polşadakı yarışa qatılacaq

Mariya Stadnik Polşadakı yarışa qatılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qadın güləşi üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplanışını davam etdirir.

Federasiyadan Sfera.az-a verilən məlumata görə, yerli komandayla birgə hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir.

Mayın 24-dən start verilən toplanış iyunun 8-dək davam edəcək. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.

Təlim-məşq toplanışından sonra Stadnik və Manolovanın Polşanın paytaxtı Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR