Rəcəbov və Məmmədyarov ilk \"10-luq\"da

Rəcəbov və Məmmədyarov ilk \
Beynəlxalq Şahmat Federasiyasının açıqladığı (FIDE) yeni reytinq siyahısının ilk "10-luğ"unda iki azərbaycanlı yer alıb.

Sfera.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk pilləni 2847 xalla norveçli dünya çempionu Maqnus Karlsen tutub. İkinci və üçüncü yerlərdə  Fabiano Karuana (ABŞ, 2820) və Dinq Liren (Çin, 2799) qərarlaşıb. 

Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2 765 xalla 10-cu pillədəki mövqeyini qoruyub. 

Nicat Abbasov (2665) və Qədir Hüseynov (2665) bir pillə geriləyib. Onlar müvafiq olaraq 73 və 74-cü sıralarda yer alıb. Rauf Məmmədov da bir pillə geriləyərək 2654 xalla 90-cı olub.

Bundan əlavə, qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 82-ci, 1 pillə geriləyən Xanım Balacayeva isə 2376 xalla 91-ci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...