Logo

Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi

Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.

Sfera.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.

İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək.

Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

30 may

3-cü yer uğrunda, ilk görüşlər

Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR