Logo

Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq

Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal görüşləri keçiriləcək.

Sfera.az-ın məlumatına görə, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə üz-üzə gələcək. Rəcəbov ilk matçını qara fiqurlarla oynayacaq.

İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So ilə rusiya Yan Nepomnyaşi ilə qüvvəsini sınayacaq.

Yarımfinalda qarşılaşacaqlar

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR