AFFA və TFF prezidentləri görüşdü
Kateqoriya məlum deyil
Bu gün Alanyadakı "Oba" stadionunda keçirilmiş Türkiyə - Azərbaycan oyunundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş keçirilib.
Sfera.az-ın məlumatına görə, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub.






