Logo

Teymur Rəcəbov yarımfinalın bir addımlığında

Teymur Rəcəbov yarımfinalın bir addımlığında
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Sfera.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirəcək.

İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterə yarımfinala adlaması üçün heç-heçə də kifayət edəcək.

Amma qarşılaşmaların ardından hesab bərabərləşsə, tay-brek oynanılacaq.

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR