“Azərbaycana verdiyimiz söz var idi” - Şenol Günəş

“Azərbaycana verdiyimiz söz var idi” - Şenol Günəş
"Hazırda zədə və digər səbəblərdən bizimlə birlikdə olmayanlar var. İyunun 1-də yekun heyəti açıqladıqdan sonra 26 futbolçu ilə hazırlaşa biləcəyik. 4 oyunçunun heyətdən kənarda qalması məyusedicidir. Oyunçular özlərini göstərmək üçün həyəcanlıdırlar. Bu, xoşuma gəlir.  30 futbolçu eyni şeyi düşünür. Bu önəmlidir. Onları bir ürək kimi görürəm”.

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla sabahkı yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Azərbaycanla qarşılaşacağıq. Onlara "xoş gəldiniz” deyirəm. Biz tək millət, iki dövlətik. Azərbaycanla oyun mütləq keçirilməli idi. Əslində keçən il onlarla oynamalı idik. Həmin vaxt alınmadı. Amma verdiyimiz söz var idi. Azərbaycan millisini yaxından tanımıram. "Qarabağ”ın oyunlarını izləmişəm. Bu mövsüm "Neftçi” çempion oldu.  Oynayacağımız komandanın oyunçuların çoxu yerli çempionatda çıxış edən futbolçulardır. Onlar da yaxından tanımaq istəyirik. Müdafiə olan komandalar çətinlik yaradır.  Azərbaycan çətinliklə uduzan, yaxşı müdafiə olunan komandadır. Asan oyun olmayacaq. Əlimizdən gələnin ən yaxşı edərək gözəl qalibiyyət əldə etmək istəyirik” - deyə o bildirib.

Ş.Günəş Avro-2020-dəki hədəfləri haqda da danışıb. O bildirib ki, arzuları qrupdan çıxmaqdır: 

"Ondan sonra mümkün qədər irəliləmək istəyirik. Azərbaycandakı azarkeşlərə də iş düşür. Onların bizi dəstəkləməsini istəyirəm. Bu dəstəyin də öz oyunçuları anlayışı çərçivəsində olmasını arzulayıram. İtaliya ilə ilk matçın nəticəsindən asılı olmayaraq, Azərbaycandakı iki görüş bizim üçün çox önəmlidir. Həm azərbaycanlılar, həm də türkiyəlilər üçün qrupdan çıxmaq istəyirik. Hamımızın birlikdə əl-ələ verib, Bakıdakı hər iki görüşdə qələbə qazanaraq sevinməyimizi istəyirəm. Onların dəstəyinə və meydada uğurlu çıxışıma ehtiyacımız var”.


OXŞAR XƏBƏRLƏR

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...

Şahsultan Həsənova yüksək VƏZİFƏ VERİLDİ

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki, bu...

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...