“Qarabağ” daha bir futbolçu ilə müqavilə imzaladı
Kateqoriya məlum deyil
"Qarabağ" klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sfera.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb.
Otuz yaşlı oyunçu "köhlən atlar"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl kapitanı Maksim Medvedevlə ikiillik müqavilə bağlayıb.






