AFFA "Neftçi"ni cərimələdi

AFFA
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sfera.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın XXVIII turunun "Sabah” – "Zirə” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
XXVIII turun "Keşlə” – "Qəbələ” oyununda "Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Oyunun 75-ci dəqiqəsində "Keşlə” klubunun 10 nömrəli futbolçusu Sezar Meza Kolli "kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir;

XXVIII turun "Səbail” – "Sumqayıt” oyununda "Səbail” klubunun 55 nömrəli futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir;

XXVIII turun "Neftçi” – "Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnir;

"Neftçi” – "Qarabağ” oyununda mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələnir;

"Neftçi” – "Qarabağ” oyununda dəhlizə "A buraxılışı” olmayan şəxslər daxil olduğu üçün meydan sahibi klub 800 manat cərimələnir;

"Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir;

"Qarabağ” klubunun mühafizəçiləri Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimələnir;

I Divizionun XXVII turunun "Kəpəz” – "Sabah-2” oyununda "Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

XXVII turun "Qarabağ-2” – "Qaradağ Lökbatan” oyununda "Qarabağ-2” komandasının 15 nömrəli futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir;

"Qarabağ-2” – "Qaradağ Lökbatan” oyununda "Qarabağ-2” komandası oyun protokolunu gecikdirdiyi üçün 80 manat cərimələnir;

"Qaradağ Lökbatan” klubu oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün "Qaradağ Lökbatan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimələnir;

XXVII turun "Zaqatala” – "Neftçi-2” oyununda "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

"Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...