Operativ qərargah qərar verdi

Operativ qərargah qərar verdi
25-26 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran Pridə tamaşaçılarla yanaşı, media nümayəndələri də iştirak edə bilməyəcək.

Sfera.az xəbər verir ki, səbəb Nazirlər Kabineti yanında operativ qərargahın buna icazə verməməsidir.

Operativ qərargah qapalı zalda – Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək yarış zamanı minimal sayda insanın olmasını istəyir. Bu səbəbdən də idman zalında əsasən idmançılar və federasiya rəsmiləri olacaq.

Qeyd edək ki, bu yarış Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları verir. Azərbaycan millisi bu yarışda tam heyətlə – 18 idmançı (9 kişi və 9 qadın) ilə təmsil olunacaq.

Onu da bildirək ki, bu, Azərbaycanda ilk belə hal deyil. Bu il futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Slovakiya (29 yanvar), Moldova (4 mart) və Yunanıstanla (14 aprel) Bakı İdman Sarayında keçirdiyi yarışlara da tamaşaçılarla yanaşı, media nümayəndələri buraxılmayıb. Yalnız bu ay Milli Gimnastika Arenasında keçirilən beynəlxalq yarışlara məhdud sayda media nümayəndələri buraxılıb. //Oxu.az

OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...