Azərbaycan Kubokunun sahibi müəyyənləşir

Azərbaycan Kubokunun sahibi müəyyənləşir
Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.

Sfera.az-ın məlumatına görə, "Bank Respublika Arena”da "Keşlə” və "Sumqayıt” komandaları üz-üzə gələcək. Saat 19:30-da başlanacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017/2018 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan "Keşlə” (1:0; 1:1) finala yüksəlib. Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla yenərək, ilk və yeganə ölkə kubokunu qazanıb.
Növbəti mövsüm finalda, hazırda "Keşlə"yə rəhbərlik edən Sənan Qurbanovun baş məşqçi olduğu "Qəbələ" "Sumqayıt"a eyni hesabla qalib gəlib və "qırmızı-qaralar"ın yeganə titulunun memarı olub. Beləliklə, "Sumqayıt" titula həsrət qalıb.

Bu mövsüm isə "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" avrokuboklara yollanmaqdan ötrü mütləq "Sumqayıt"a qalib gəlməlidir. Əks halda, Konfrans Liqasına son vəsiqəni 4-cü pillənin sahibi "Zirə" əldə edəcək.

Komandalardan yalnız "Keşlə" oyuna itki ilə çıxacaq. Yarımmüdafiəçi Vüsal İsgəndərli sarı vərəqə cəzalısı olduğu üçün final matçını buraxacaq. "Sumqayıt"da isə itki yoxdur. Yeganə narahatlıq doğuran məqam Əli Qurbani ilə bağlı olub. Lakin cənubi azərbaycanlı hücumçu zədəsini sağaldaraq, kollektiv məşqlərə qoşulub və bugünkü görüşdə meydana çıxma ehtimalı böyükdür.

Azərbaycan kuboku
Final
24 may

19:30. "Keşlə” - "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Bank Respublika Arena”.



OXŞAR XƏBƏRLƏR

İmişlidə ağır qəza - Üç nəfə dünyasını dəyişdi

İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.   Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saat 12:00 radələrində baş verib.   ...

Krımda partlayışlar: Kerç körpüsü bağlandı

Krımda baş verən bir sıra partlayışlar səbəbilə Kerç körpüsü müvəqqəti olaraq bağlanıb. Hadisə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gərgin məqaml...

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Sözcü-yə&n...

ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır”.   Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti...

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Suriyanın Energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətind...