Logo

Azərbaycan Kuboku: Final matçının təyinatları açıqlandı

Azərbaycan Kuboku: Final matçının təyinatları açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Kubokunun final görüşünün bütün təyinatları müəyyənləşib.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, mayın 24-də "Bank Respublika Arena"da "Keşlə" və "Sumqayıt" komandaları arasında keçiriləcək görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqasında son turun "Neftçi" - "Qarabağ" matçının baş hakimi olmuş digər beynəlxalq dərəcəli hakim Elçin Məsiyev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

24 may (bazar ertəsi)

19:30. "Keşlə” – "Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Ehtiyat köməkçi hakim: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

"Bank Respublika Arena”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR