Bakının mərkəzi küçələri bir həftə bağlanacaq - "Formula 1"ə görə
Kateqoriya məlum deyil
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.
Sfera.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.O bildirib ki, hələlik yollar tam bağlanmayıb: "Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.





