Logo

Keysuke Honda və Canni De Byazi Ağdamda

Keysuke Honda və Canni De Byazi Ağdamda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "Neftçi"nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə Ağdama səfər edib.

Sfera.az-ın məlumatına görə, onlar Cümə məscidində və "İmarət" stadionunda olublar.

Hər üç şəxs sözügedən stadionda topla oynama bacarığını nümayiş etdirib.

Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: "Dünən Bakıda "Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki,burada futbol yenidən doğulacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR