“Qarabağ”dan şəhid azarkeşi ilə bağlı maraqlı addım
Kateqoriya məlum deyil
"Qarabağ” şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin adını Azərbaycan Premyer Liqasında tutduqları yerə görə veriləcək medalları alanların siyahısına salıb.
Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məhəmmədəli İbrahimli "Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.
Xatırladaq ki, M.İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.






