Logo

Azərbaycanlı cüdoçu ABŞ-da çempion oldu

Azərbaycanlı cüdoçu ABŞ-da çempion oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kq çəkidə birinci yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan öncə Zaur iki dəfə Amerika çempionatının yüksək kürsüsünə qalxıb.

Təltif olunma mərasimində Zaur Cəlil bildirib ki, qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR