I Divizionda gümüş və bürünc medalçılar da məlum oldu

I Divizionda gümüş və bürünc medalçılar da məlum oldu
 

Futbol üzrə Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib.

Sfera.az-ın məlumatına görə, "Neftçi-2"nin çempionluğunun ardından vitse-çempion və bürünc mükafatçı da müəyyənləşib. Buna XXVI turun "Turan Tovuz" - "Zaqatala" görüşündə aydınlıq gəlib. Səfər matçından 2:1 hesablı qələbə ilə ayrılan "Zaqatala" xalını 56-ya çatdıraraq, gümüş medala yiyələnib. 48 xala malik "Turan Tovuz" isə bürünc medalla kifayətlənib.

"Sabah-2" səfərdə "Neftçi" üzərində qələbə qazansa da, 45 xalla 4-cü pillədə qalıb. Lakin bu komanda özündən 3 xal irəlidəki "Turan Tovuz"u keçə bilməyəcək. Səbəb Tovuz komandasının paytaxt təmsilçisi üzərində şəxsi oyunlardakı üstünlüyüdür.

Digər oyunlara gəldikdə, "Keşlə-2" "Kəpəz"ə eyni hesabla, "Sumqayıt-2" isə "Qarabağ-2"yə minimal hesabla qalib gəlib. "Neftçi-2" evdə "Sabah-2"yə uduzub - 2:3. "Qaradağ Lökbatan" isə MOİK-i 3:1 hesabı ilə yenərək, xalını 26-ya çatdırıb və 7-ci pilləyə yüksəlib. Əvəzində 25 xala malik "Kəpəz" 8-ci, 21 xalı olan MOİK 10-cu pilləyə enib.

I Divizion, XXVI tur
11 may (çərşənbə axşamı)

15:30. "Sumqayıt-2” – "Qarabağ-2” - 1:0
Qol: Tahir Zeynalov, 71
Qırmızı vərəqə: Seyxan Fərəcov, 85 ("Qarabağ-2")
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Taleh Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Kapital Bank Arena” (ehtiyat meydança)

16:00. "Keşlə-2” – "Kəpəz” - 2:1
Qollar: Samir Abdullayev, 2; 15 - Emil Qasımov, 49
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"ASK Arena”

16:00. "Qaradağ Lökbatan” – MOİK - 3:1
Qollar: Samir Ağayev, 11. Cavid Nəcizadə, 13. Sabir Allahquliyev, 71 - Elvin Nəsibov, 74
Qırmızı vərəqə: Hüseyn Hüseynli, 46 (MOİK)
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

16:00. "Turan Tovuz” – "Zaqatala” - 1:2
Qollar: Vidadi Cəfərov, 20 - Nicat Oruclu, 8. Roini İsmayılov, 24
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Teymur Teymurov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu

16:00. "Neftçi-2” - "Sabah-2” - 2:3
Qollar: Ramin Nəsirli, 59. Famil Camalov, 65 - Samir Məhərrəmli, 45+1. Arsen Ağacanov, 80. Kamran Quliyev, 83 (pen.)
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Ruslan Quliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança).


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...