Logo

Azərbaycanlı və gürcü voleybolçular Tbilisidə yoldaşlıq görüşü keçirdi

Azərbaycanlı və gürcü voleybolçular Tbilisidə yoldaşlıq görüşü keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tbilisidə Azərbaycan və Gürcüstanın kişilərdən ibarət voleybol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Sfera.az xəbər verir ki, görüş Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib.

Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və hər iki ölkənin voleybol federasiyalarının nümayəndələri izləyiblər.

Yoldaşlıq görüşü 3:0 hesabla Azərbaycanın xeyrinə nəticələnib.

Yekunda komanda kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan millisi qonşu ölkədə 2021-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirib. Komanda Gürcüstanla qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR