Logo

“Qəbələ” və “Neftçi”nin oyunları FİFA referilərinə tapşırıldı

“Qəbələ” və “Neftçi”nin oyunları FİFA referilərinə tapşırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Bakıdakı qarşılaşmalar beynəlxalq dərəcəli hakimlərə həvalə olunub.

"Keşlə” – "Neftçi” görüşünü FİFA referisi Əliyar Ağayev, "Səbail” – "Qəbələ” matçını isə çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may (bazar ertəsi)

18:00. "Keşlə” – "Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

"ASK Arena”

20:15. "Səbail” –"Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"ASCO Arena”

Qeyd edək ki, turun daha 2 oyunu mayın 4-də keçiriləcək. "Qarabağ” "Zirə”ni, "Sumqayıt” isə "Sabah”ı qəbul edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR