Logo

Güləşçimiz ermənini udub qızıl medal qazandı

Güləşçimiz ermənini udub qızıl medal qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb.

Federasiyadan Sfera.az-a verilən məlumata görə, 70 kq çəki dərəcəsində yarışan idmançı finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Danil Xarçilavaya (Rusiya) 0:5 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR