Azərbaycan kubokunda finalçılar müəyyənləşir

Azərbaycan kubokunda finalçılar müəyyənləşir
Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Sfera.az xəbər verir ki, günün ilk matçında "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt”ı qəbul edəcək. Komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərliklə bitib. "Qarabağ” finala yüksəlmək üçün ancaq qələbə qazanmalıdır. Ayxan Abbasovun rəhbərlik etdiyi "Sumqayıt”a isə istənilən qollu heç-heçə və qələbə sərf edir.

Yarımfinalın digər görüşündə "Zirə” "Keşlə”ni qəbul edəcək. Komandalar arasında "ASK Arena”da keçirilən ilk görüşdə "Zirə” 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan kuboku

Yarımfinalın cavab oyunları

29 aprel

Qarabağ – Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.

Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00.

İlk oyun – 0:0.

Zirə – Keşlə

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov.

Zirə İdman Kompleksinin stadionu, 20:00.

İlk oyun – 2:1.

OXŞAR XƏBƏRLƏR

Bu il uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.   Sfera.az&...

Gənclərdə xərçəng artır: Alimlər səbəbləri açıqladı

Son 50 ildə dünyada xərçəngdən ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, 50 yaşdan aşağı şəxslər arasında xərçəngə tutulma hallarında ciddi artım müşahidə ol...

Bakının mərkəzində daha bir məşhur restoran sökülür

Bakının Nərimanov rayonunda yerləşən daha bir məşhur restoran sökülür.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, ərazidə yerləşən "X...

Məhəmmədi gölündə balıqlar kütləvi tələf oldu - VİDEO

  Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kən...

Məşhur reper Mark Zukerberqin şirkətini məhkəməyə verdi

Amerikalı məşhur reper Eminem sosial media nəhəngi “Meta” şirkətinə qarşı müəllif hüquqları pozuntusu ittihamı ilə Miçiqan ştatında məhkəmə iddiası ...

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...