Tokio-2020: İştirakçılar Yaponiyaya uçuşdan əvvəl iki dəfə test verəcək - QAYDALAR

Tokio-2020: İştirakçılar Yaponiyaya uçuşdan əvvəl iki dəfə test verəcək - QAYDALAR
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında koronavirusla bağlı bəzi yeni qaydalar açıqlanıb.

Sfera.az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən qaydaları təqdim edir.

1. Bütün iştirakçılar Yaponiyaya uçuşdan əvvəl iki dəfə koronavirus testindən keçməlidirlər;

2. İdmançılar və onların bilavasitə yaxınlığında olanlar üzə çıxmayan müsbət test nəticələrini minimuma endirmək üçün gündəlik testdən keçəcəklər. Testlərin vaxtı tədbirlər və yarış cədvəlinə uyğun müəyyənləşdiriləcək;

3. Olimpiadanın digər iştirakçıları ölkəyə daxil olandan sonra ardıcıl 3 gün testdən keçəcəklər. Onlar üç gündən sonra Tokioda qaldıqları müddətə və idmançılarla təmas səviyyəsinə əsasən mütəmadi testlərə cəlb ediləcəklər;

4. Bütün iştirakçılar öz hərəkət planlarına uyğun addımlar atmalıdırlar. Hamı 14 gündür Yaponiyada olan iştirakçılarla və ölkə sakinləri ilə təması azı bir metr məsafədə saxlamalıdır;

5. "Tokio-2020"nin bütün iştirakçıları yalnız olimpiada üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələrindən yararlanmalıdır. Onların ictimai nəqliyyatdan istifadəsinə icazə verilmir;

6. Bütün iştirakçılar koronavirusa qarşı tədbirlərin görüldüyü məhdud yerlərdə qidalanmalıdırlar. Bura xüsusi ictimai iaşə obyektləri, restoranlar və onların öz otaqlarında xidmət və ya yemək çatdırılma daxildir;

7. Sıx təmaslar COVID-19 testi müsbət çıxmış hər hansı şəxslə 15 dəqiqə və ya daha çox davamlı təmasda olanları müəyyənləşdirir. Mehmanxana nömrəsi və avtomobillərin olduğu qapalı məkanlarda bir metr yaxınlıqda maskasız gəzmək olmaz. Xəstələnmə halları Yaponiya səhiyyə orqanları tərəfindən təsdiqlənəcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları isə 2022-ci il 4 - 20 fevralda gerçəkləşəcək. // "Report"

OXŞAR XƏBƏRLƏR

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...

Şahsultan Həsənova yüksək VƏZİFƏ VERİLDİ

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki, bu...

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...