AMADA Stadniki təltif etdi

AMADA Stadniki təltif etdi
Tokio-2020 Yay Olimpiya Oyunlarına gedəcək idmançılar üçün "ADEL for Tokyo 2020 Olympics” (Tokio 2020 üçün ADEL) platforması Azərbaycan dilində istifadəyə verilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Sfera.az-a verilən məlumata görə, Ümumdünya Antidopinq Agentliyinin tədris platforması olan ADEL-in hazırladığı proqram Tokio Yay Olimpiya oyunlarına lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək idmançı köməkçi heyəti (məşqçi, həkim və s.) üçün nəzərdə tutulmuş onlayn kursdur. Kursun məqsədi olimpiadada dopinq nəzarəti ilə bağlı ən vacib məlumatları onlara çatdırmaqdır.

Onlayn kursdan keçənlər Tokio-2020 Yay Olimpiya Oyunlarında antidopinq qaydaları, dopinq nəzarəti prosesi, habelə Terapevtik İstifadə üçün İcazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası olan təşkilatlar haqqında biliklərini təkmilləşdirəcəklər.

İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər və yekunda biliklərin yoxlanılması üçün suallar verilir. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlayır və elektron sertifikat əldə edir.

Bu platforma idmançıların Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığının ayrılmaz hissəsidir. Burada idmançılar və onların köməkçi heyətinin kurslardan keçmələri vacibdir. Tokioya yollanacaq idmançılar üçün əhəmiyyətini nəzərə alaraq, AMADA İdmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir.

Azərbaycanın qadın güləşi üzrə 8 qat Avropa çempionu Mariya Stadnik kursu keçərək sertifikatını alan ilk idmançı olub.

OXŞAR XƏBƏRLƏR

Məşhur reper Mark Zukerberqin şirkətini məhkəməyə verdi

Amerikalı məşhur reper Eminem sosial media nəhəngi “Meta” şirkətinə qarşı müəllif hüquqları pozuntusu ittihamı ilə Miçiqan ştatında məhkəmə iddiası ...

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...