"Leyptsiq" klubunun yeni baş məşqçisi bəlli oldu

Almaniya Bundesliqasında çıxış edən "Leyptsiq"in yeni baş məşqçisi müəyyənləşib.

Sfera.az xəbər verir ki, "Bavariya"ya keçidi rəsmiləşən Yulian Nagelsmanı Avstriya "Zaltsburq"unun baş məşqçisi Cessi Marş əvəzləyəcək. Məlumatı Sky Sport” telekanalının tanınmış jurnalisti Fabritsio Romano özünün tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, tərəflər artıq öz aralarında 2021/2022 mövsümündən əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Nagelsman Münhen klubu ilə 5 illik müqavilə imzalayıb. 34 yaşlı mütəxəssis yeni komandasının sükanı arxasına iyulda keçəcək.

Qeyd edək ki, Cessi Marş 2019-cu ildən "Zaltsburq"a başçılıq edir. O, ötən mövsüm bu komanda ilə ölkə çempionluğunu və kubokunu qazanıb. Marş cari mövsümdə də qızıl dubl etməyə yaxındır.

Bizim Instagram səhifəmizə abu
 

OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində daha bir məşhur restoran sökülür

Bakının Nərimanov rayonunda yerləşən daha bir məşhur restoran sökülür.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, ərazidə yerləşən "X...

Məhəmmədi gölündə balıqlar kütləvi tələf oldu - VİDEO

  Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kən...

Məşhur reper Mark Zukerberqin şirkətini məhkəməyə verdi

Amerikalı məşhur reper Eminem sosial media nəhəngi “Meta” şirkətinə qarşı müəllif hüquqları pozuntusu ittihamı ilə Miçiqan ştatında məhkəmə iddiası ...

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....