"Neftçi" AFFA-nın qərarından şikayət edəcək

"Neftçi" klubu AFFA İntizam Komitəsinin baş məşqçi Samir Abasova tətbiq etdiyi iki oyunluq cəza ilə bağlı apellyasiya verəcək.

Bunu paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev deyib.

O, artıq qərarlarla tanış olduqlarını bildirib: "Qərarlar barədə mətbuatdan oxuduq. Samir Abasovun 2 oyunluq diskvalifikasiyasından apellyasiya verəcəyik. Əməkdaşlarımız dərhal tapşırıq alıblar".

Quliyev cəza müddətinin azaldılacağına və ya ümumiyyətlə ləğv olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən cəzalanıb. Klub isə 4000 manat cərimələnib. "Neftçi" növbəti iki oyununu mayın 3-də səfərdə "Keşlə"yə, mayın 8-də isə "Səbail"ə qarşı keçirəcək. // "Report"


OXŞAR XƏBƏRLƏR

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...

Kitablar yığılır - Məktəblər tez bağlanacaq?

Əksər məktəblərdə kitablar yığılıb, lakin tədris prosesi davam edir.   Belə ki, 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil...

26 yaşlı qız Bakının mərkəzində xuliqanlıq etdi - Həbs olundu

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.     Sfera.az&nbs...