Logo

"Sabah" - "Neftçi" matçının hakimləri ilə bağlı araşdırma aparılacaq

"Sabah" - "Neftçi" matçının hakimləri ilə bağlı araşdırma aparılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasının XXIV turunun "Sabah” – "Neftçi” oyununun hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.

Sfera.az federasiyanın saytına istinadən xəbər verir ki, bu proses matçın hakim-inspektorunun təqdim edəcəyi hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) həyata keçiriləcək.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşü Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matçın hakim-inspektoru isə Gülağa Cabbarov olub.  Matçın gedişində "Sabah"ın 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan əlavə görüşün sonlarında "Sabah"ın məşqçisi Miloş Yevriç də ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR