Logo

Mariya Stadnik 8 qat Avropa çempionu oldu

Mariya Stadnik 8 qat Avropa çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sfera.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.

Bu gün həmçinin Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR