Logo

UEFA Çempionlar Liqasının formatını dəyişdi, qrup mərhələsi ləğv olundu

UEFA Çempionlar Liqasının formatını dəyişdi, qrup mərhələsi ləğv olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Çempionlar Liqasının formatını dəyişib.

Sfera.az xəbər verir ki, müvafiq qərar qurumun bu gün videokonfrans formatında keçirilən iclasında qəbul edilib.

"Deutsche Welle” nəşri 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsinin ləğv olunacağını, komandaların ümumi sayının isə 32-dən 36-ya yüksəldiləcəyini yazıb. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.

İsveçrə sistemi əsasında keçiriləcək yarışın ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Xatırladaq ki, turnir 2024/25 mövsümünə qədər indiki formatda davam edəcək. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR