Logo

"Qarabağ"ın 15 məğlubiyyətsiz səfər oyunu

"Qarabağ"ın 15 məğlubiyyətsiz səfər oyunu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Premyer Liqasının XXIII turunda "Səbail”in qonağı olan "Qarabağ” məğlubiyyətsiz səfər oyunları seriyasını 15-ə çatdırıb.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi 1:1 hesablı bu heç-heçəyədək rəqib meydanlarında keçirdiyi son 14 görüşün hamısında xal qazanıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə sonuncu dəfə 2019-cu il noyabrın 22-də məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüş "Sumqayıt” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

"Qarabağ” 15 səfər oyununun 7-də qələbə qazanıb, 8 oyunu heç-heçə başa vurub. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən mövsümdə, 11-i isə cari mövsümdə gerçəkləşib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR