Logo

"Neftçi" 19-cu, "Qarabağ" 15-ci medalını təmin etdi

"Neftçi" 19-cu, "Qarabağ" 15-ci medalını təmin etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Azərbaycan Premyer Liqasının mükafatçılarından ikisi bəlli olub.

Sfera.az-ın məlumatına görə, XXIII turdan sonra "Qarabağ” və "Neftçi” komandaları ilk "üçlük”də yerini təmin edib.

Ağdamlılar "Səbail”lə səfərdə 1:1 hesablı heç-heçə sayəsində xal hesabını 47-yə çatdırıb. Paytaxt klubu isə "Zirə” üzərində 4:0 hesablı qələbə ilə aktivini 46 xala yüksəldib.

Liderlərin iki ən yaxın izləyicisinin – "Sumqayıt”la "Zirə”nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi səbəbindən, mükafatçılardan ikisi müəyyənləşib.

Bu, "Neftçi”nin sayca 19-cu medalıdır. Bakılılar əvvəllər 8 qızıl, 4 gümüş və 6 bürüncə yiyələnib. Ağdam təmsilçisi isə yubiley – 15-ci uğurunu təmin edib. "Qarabağ” indiyədək 8 qızıl, 3 gümüş və 3 bürünc əldə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR