Logo

Daha 2 boksçumuz növbəti mərhələdə

Daha 2 boksçumuz növbəti mərhələdə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Sfera.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 final çərçivəsində tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.

Millimizin digər üzvü – Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26).

Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.

Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR